«Azərsu»nun işçiləri üçün treninq keçirilib

«Azərsu»nun işçiləri üçün treninq keçirilib
# 14 iyun 2012 15:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC-nin Tikinti Departamenti və Layihə İdarəetmə Qrupu, eləcə də Səhmdar Cəmiyyətin sifarişi ilə həyata keçirilən beynəlxalq layihələrdə çalışan mütəxəssislər üçün treninq keçirilib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, “İçməli su və çirkab su sistemlərinin tikinti üsulları və tətbiqi texnologiyaları” mövzusunda təşkil olunan təlimdə içməli və çirkab su xətlərinin tikintisi, dolğu və möhkəmləndirmə, qaynaq əməliyyatları, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri ətraflı izah olunub, yeni texnologiyalar barədə məlumat verilib.

Təlimdə içməli, çirkab və yağış sularının axıdılması üçün şəbəkələrin yaradılması, boruların seçilməsi meyarları, eləcə də istifadə olunan avadanlıqlar barədə ətraflı məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR