AZAL Bakı-Lvov aviareysini açıb

AZAL Bakı-Lvov aviareysini açıb
# 18 iyun 2012 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ukrayna ilə Azərbaycan arasında birbaşa sərnişin aviareyslərinin coğrafiyası genişlənir.

«Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) «APA-Economics»ə verilən məlumata görə, iyunun 17-dən etibarən AZAL Bakı-Lvov aviareysi üzrə birbaşa uçuşlara başlayıb: «Uçuşlar hər həftənin VII günləri saat 08:30-da yerinə yetirilir. Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 420 manat təşkil edir».

Qeyd edək ki, hazırda AZAL Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə birbaşa uçuşlar yerinə yetirir. Eyni zamanda Kiyev, Donetsk və Omsk şəhərlərinə birbaşa aviareysləri Ukraynanın «Aerosvit» şirkəti də həyata keçirir.

Bundan başqa, AZAL iyulun 2-dən etibarən Bakı-Simferopol və Bakı-Krım aviareysləri üzrə də birbaşa uçuşlara başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR