Azərbaycan ISO ilə sıx əməkdaşlığa başlayacaq

Azərbaycan ISO ilə sıx əməkdaşlığa başlayacaq
# 18 iyun 2012 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) neft-qaz və neft-kimya sənayesində yeni texniki komitələrin yaradılması üzrə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə sıx əməkdaşlığa başlayacaq. “APA-Economics”in xəbərinə görə, bunu SMPDK sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda yeni texniki komitələrin yaradılması işi tam yekunlaşmayıb: “Bunun üçün ISO-nun texniki komitələri ilə əməkdaşlıq planlaşdırılır. Onların müəyyən köməkliyi ilə bu texniki komitələrin yaradılması işləri həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR