Azərbaycan Serbiyada yol tikintisinə başlayır

Azərbaycan Serbiyada yol tikintisinə başlayır
# 18 iyun 2012 09:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azvirt» şirkətinin direktoru Kamil Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda işlərin başlanmasına hazırlıq işləri gedir və bunun üçün şirkətin əməkdaşları Serbiyaya ezam olunub: «Bu həftə işlərə başlanacaq. Hazırda «Azvirt»in 40 nəfərə yaxın işçisi ordadır. İndi işçilərin yığılması prosesi gedir».

K.Əliyev bildirib ki, uzunluğu təqribən 40 km olan yolda 3 böyük tunel tikiləcək və buna görə də böyük həcmdə torpaq işləri həyata keçirilməlidir. Relyefi dağlıq olan ərazilərdə aparılacaq tikinti işləri 3 il davam edəcək.

Hazırda «Azvirt» yerli şirkətlərlə də danışıqlar aparır: «Yol tikintisi işlərinə yerli şirkətlər və yerli işçi qüvvələri də cəlb olunacaq. Artıq işçilərin yığılması və yerli şirkətlərlə danışıqlar başlanıb».

Qeyd edək ki, adı çəkilən yolun tikintisi üzrə müqavilə Serbiyanın «Serbiya Koridorları d.o.o.» və Azərbaycanın «AzVirt» şirkətləri arasında bu ilin aprelində imzalanıb. Magistral yolun tikintisi Azərbaycanın Serbiyaya ayırdığı kredit hesabına maliyyələşdirilir. 308 mln. avro məbləğində kredit 25 il müddətinə, illik 4%-lə ayrılacaq. Kredit müqaviləsi Azərbaycanın Milli Məclisində də təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR