Bu ilin yanvar-may aylarında Azərbaycanda 538 mln. manatdan çox rabitə xidməti göstərilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda 538 mln. manatdan çox rabitə xidməti göstərilib
# 18 iyun 2012 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 538,2 mln. manatlıq xidmət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 16,5% artıb: «Xidmətlərin 72,4%-i bilavasitə əhaliyə göstərilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR