RRB-nin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

RRB-nin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
# 18 iyun 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının ötən həftə Aşqabadda (Türkmənistan) keçirilən 46-cı iclasının yekunları üzrə RRB Rabitə Administrasiyaları Rəhbərləri Şurasının növbəti 47-ci və birlik yanında MDB iştirakçı ölkələrinin informasiyalaşdırma üzrə Koordinasiya Şurasının 18-ci birgə iclasının cari ilin noyabr ayının birinci dekadasında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, iclas iştirakçıları MDB ölkələrinin rabitə və informasiya texnologiyaları sahəsində gələcək əməkdaşlığına xidmət edən geniş spektr məsələləri müzakirə edib.

Cari ilin MDB dövlətlərinin rəhbərləri tərəfindən rabitə və informasiya ili elan edilməsini nəzərə alaraq, Aşqabad iclasında təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması, rabitə və informasiyalaşdırma sahəsində qarşıya qoyulan vəzifələrin həllində vahid yanaşmaların işlənib hazırlanması ilə bağlı mütəmadi görüşlərin keçirilməsi praktikasının davam etdirilməsi, İKT sektorunun gələcək innovasiya inkişafını nümayiş etdirən milli və beynəlxalq forumlar, sərgilər və digər tədbirlərin keçirilməsi tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR