Azərbaycanda torpaq sahələrinin qeydiyyatı artıb
18 iyun 2012 14:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin ilk 4 ayında Azərbaycanın daşınmaz əmlak bazarında əməliyyatların 63%-i regionların payına düşüb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 2012-ci ilin yanvar-aprel ayları üzrə göstəricilər əmlakın qeydiyyatında artımın davam etdiyini, regionlarda bu proseslərin aktivləşdiyini və torpaqla əməliyyatların artdığını göstərir.
Beləliklə, 2012-ci ilin ilk 4 ayında ölkədə 44,7 min əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,8% artıqdır. Qeydiyyatdan keçən əmlakın 13 267-si (29,7%) ilkin, 31 434-ü (70,3%) təkrar qeydiyyatdan keçib. Ötən ilin eyni dövrünə nisbətən təkrar qeydiyyat 19%-dən çox artıb.
Bu ilin yanvar-aprel aylarında komitənin daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərdiyi xidmətlərin əksəriyyəti üzrə həm Bakı şəhəri, həm də respublikanın digər şəhər və rayonlarında artım baş verib. Bu dövrdə tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 12,5%, yüklülük 67%, ipoteka qeydiyyatı 51%-dən çox, müayinə aktları 39%, məhdudlaşdırmaya dair arayışlar 19% artıb.
Yanvar-aprel aylarında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 9 205-i fərdi yaşayış və bağ evi, 15 998-i mənzil, 16 828-i torpaq sahəsi, 1 264-ü qeyri-yaşayış binası, 1 026-sı qeyri-yaşayış sahəsi, 281-i əmlak kompleksi, 94-ü çoxillik əkmə, 5-i isə çoxmərtəbəli yaşayış binaları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 10%-dən çox, torpaq sahələrinin qeydiyyatı 17%, əmlak komplekslərinin qeydiyyatı 2,6% artıb.
İlin ilk 4 ayında əmlakın qeydiyyatında regionların payı 62%-i keçib. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatlarının isə hamısı regionlarda aparılır. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür.
Ötən ilin yanvar-aprel aylarında ölkə üzrə 1 105 mənzil özəlləşdirilib. Ümumilikdə özəlləşdirmə başlayandan 2012-ci il mayın 1-dək ölkə üzrə 457 634 mənzil özəlləşdirilib.
Hazırda komitə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, o cümlədən daşınmaz əmlakın qeydiyyatı prosesində şəffaflığın artırılması üzrə işləri davam etdirir. Bu tədbirlərdən biri daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqidir ki, bu da əmlak bazarında şəffaflığın daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etimadının artmasına, vətəndaşların əmlaklarının daha rahat və operativ şəkildə dövlət qeydiyyatından keçirmələrinə imkan yaradacaq: «Bu işlər, eləcə də maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində əhalinin daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması məqsədilə komitənin yerli qeydiyyat orqanlarına müraciətləri artmaqda davam edib».

İnfrastruktur
Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
18:05
13 sentyabr 2024
Azərbaycanda sərnişindaşıma 9% artıb
17:39
13 sentyabr 2024
Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq
17:28
13 sentyabr 2024
Əla fürsət: Kirayə ödəmək yerinə öz evinizə sahib olun!
16:30
13 sentyabr 2024