Azərbaycan prezidenti Goranboyda avtomobil yolunun tikintisinə 4,6 milyon manat ayrılması barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti Goranboyda avtomobil yolunun tikintisinə 4,6 milyon manat ayrılması barədə sərəncam imzalayıb
# 18 iyun 2012 16:35 (UTC +04:00)
APA-nın məlumatına görə, sərəncamla 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Həmənli avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 (dörd milyon altı yüz min) milyon manatı Goranboy Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR