Azərbaycanda İKT sahəsinə sərmayələrin həcmi 2020-ci ildə 7 mlrd. dolları ötəcək

Azərbaycanda İKT sahəsinə sərmayələrin həcmi 2020-ci ildə 7 mlrd. dolları ötəcək
# 19 iyun 2012 09:19 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində rabitə və informasiya texnologiyaları üzrə bölməyə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, təxminən bu qədər də vəsait özəl sektor tərəfindən yatırılacaq ki, nəticədə 2020-ci ildə Azərbaycanda İKT sahəsinə qoyulan sərmayələrin həcmi 7,2 mlrd. dollara çatacaq.

Nazir qeyd edib ki, 2020-ci ildə Azərbaycan hökumətinin İKT xərcləri kosmik sənayenin inkişafına 1 mlrd. dollar, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafına 1 mlrd. dollar, elektron hökumət və kibercinayətkarlıqla mübarizəyə 1 mlrd. dollar, regional iqtisadi zonaların yaradılmasına 500 mln. dollar, rəqəmsal TV-nin inkişafına 100 mln. dollar təşkil edəcək.

Ə.Abbasov əlavə edib ki, Azərbaycanın İKT, rabitə və poçt sahələrindən ümumi gəlirləri 2011-ci ildə 1,7 mlrd. dollar idisə, 2012-ci ildə 2 mlrd. dollar, 2013-cü ildə 2,4 mlrd. dollar, 2014-cü ildə 2,9 mlrd. dollar, 2015-ci ildə 3,5 mlrd. dollar, 2016-cı ildə 4,2 mlrd. dollar, 2017-ci ildə 5,1 mlrd. dollar, 2018-ci ildə 6,2 mlrd. dollar, 2019-cu ildə 7,6 mlrd. dollar, 2020-ci ildə 9,3 mlrd. dollar, 2021-ci ildə 11,4 mlrd. dollar, 2022-ci ildə 14 mlrd. dollar təşkil edəcək: “Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında istehsalın İKT-dəki payının 2020-ci ildə hazırkı 9,54%-dən 25%-dək, İKT-nin ÜDM-dəki payının isə hazırkı 2,5%-dən 10%-dək çatacağı gözlənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR