Azərbaycan fiberoptik infrastrukturun inkişafına 342 mln. dollar investisiya qoyacaq

Azərbaycan fiberoptik infrastrukturun inkişafına 342 mln. dollar investisiya qoyacaq
# 19 iyun 2012 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan 2015-ci ilədək fiberoptik infrastrukturun inkişafına 342 mln. dollar investisiya yatıracaq.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində rabitə və informasiya texnologiyaları üzrə bölməyə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, İnvestisiya Azərbaycan Dövlət Neft Fondu tərəfindən qoyulacaq: “Bu sahə rentabelli olduğundan, investisiya məbləğinin 40%-i reinvestisiya olunacaq. Hazırda Azərbaycanda fiberoptik kanallar ölkə ərazisinin 75%-ni əhatə edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR