Azərbaycanda İKT sektorunun 2020-ci ilədək 5 dəfə artması gözlənilir - FOTOSESSİYA

Azərbaycanda İKT sektorunun 2020-ci ilədək 5 dəfə artması gözlənilir - <font color=red>FOTOSESSİYA</font>
# 19 iyun 2012 09:59 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, konsepsiya çərçivəsində Azərbaycan ÜDM-nin 2020-ci ilədək 2 dəfə artaraq hazırkı 50 mlrd. manatdan 100 mlrd. manata çatacağı gözlənilir: “Artımın əsasən qeyri-neft sektoru hesabına olması nəzərdə tutulub. Bu artıma çatmaq üçün Azərbaycanda ÜDM-in orta illik artım tempi 5,5-6% olmalıdır. Ümumiyyətlə, İKT-nin 10% inkişafı iqtisadiyyatın 1% inkişafına səbəb olur”.

Azərbaycanda rabitə və İKT-nin inkişafından danışan nazir qeyd edib ki, bu sahədə əsas hədəflər innovasiya yönümlü iqtisadiyyatın yaradılması, informasiya cəmiyyətinə tam keçid, elektron idarəetmə sahəsində yeni xidmətlərin göstərilməsi və gələcəyə hesablanmış infrastrukturun yaradılmasıdır. Onun sözlərinə görə, 2011-ci ildə İKT sahəsindən 1,8 mlrd. manat gəlir əldə olunub, 2020-ci ildə isə bu rəqəmin 9,3 mlrd. manata çatacağı gözlənilir: “2011-ci ildə sahənin ümumi artım tempi 13% olub. Bu gəlirlərə çatmaq üçün orta illik artım tempi 20% olmalıdır. Hazırda Azərbaycan bu sahədə orta dünya göstəricilərinin səviyyəsini keçib və inkişaf edən ölkələrlə inkişaf etmiş ölkələr arasında yer tutur. Ümumiyyətlə, 2020-ci ilədək İKT sektorunun 5 dəfə artması gözlənilir”.

Ə.Abbasov İKT-nin inkişafı üzrə 3 əsas komponenti açıqlayıb. Bunlar infrastrukturun inkişafı, xüsusi iqtisadi zonaların yaradılması və İKT-nin digər sektorlarda katalizator rolunun artırılmasıdır: “Bu səviyyəyə çatmaq üçün ilk növbədə telekommunikasiya, əsasən də genişzolaqlı internet inkişaf etdirilməlidir. Artıq Azərbaycan 4G xidmətini istifadəyə vermək üzrədir. Bütün mobil rabitə operatorları bu xidməti göstərməyə başladıqdan sonra Azərbaycan 4G-nin tətbiq olunduğu 40-cı ölkə olacaq”.

Nazir İKT üzrə ixrac yönümlü istehsalı məhdudlaşdıran amilləri də sadalayıb. Onun sözlərinə görə, bunlar İKT sahəsində vergi güzəştlərinin tətbiq olunmaması və bu sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsində mövcud olan problemlərdir: “Gömrük rüsumlarının yüksək olmaması idxalı təşviq edir. Əslində isə ixracı təşviq etmək lazımdır”.

Ə.Abbasov vurğulayıb ki, bu ilin sonuna Azərbaycanda İKT-nin artım tempinin 15,4%, 2013-cü ildə 14,8%, 2014-cü ildə 14,4%, 2015-ci ildə 14,3%, 2016-cı ildə 12,8% təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR