Azərbaycan paytaxtının mərkəzində daha çox ümumşəhər əhəmiyyətli obyektlər inşa olunacaq

Azərbaycan paytaxtının mərkəzində daha çox ümumşəhər əhəmiyyətli obyektlər inşa olunacaq
# 19 iyun 2012 10:14 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Məmmədov bildirib.

Onun sözlərinə görə, komitənin sifarişi ilə Bakının mərkəzi hissəsinin müfəssəl planı 2011-ci ildə başa çatdırılıb və aidiyyəti orqanlarla razılaşdırılıb: « Bu layihəyə Memarlar İttifaqının Şəhərsalma Şurası da müsbət rəy verib və sənəd təsdiq olunmaq üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub».

Gələcəkdə Bakının mərkəzində 1-2 mərtəbəli binaların əksəriyyətinin söküləcəyi ilə bağlı məlumatları təsdiqləyən sədr müavini bildirib ki, bütün dünyada paytaxt şəhərlərinin mərkəzi hissəsi şəhərsalma nöqteyi-nəzərindən ən bahalı və ən qiymətli torpaqlar sayılır. Ona görə də bu torpaqdan çox səmərəli, daha dəqiqi, ilk növbədə ümumi şəhər məqsədləri üçün istifadə edilməlidir: «Buna görə də Bakının mərkəzi hissəsinin müfəssəl planında mərkəz hissədə yerləşmiş 1-2 mərtəbəli binalar əvəzinə, ümumşəhər əhəmiyyətli obyektlərin tikintisi nəzərdə tutulur. Bunların da əsas hissəsi ümumi istifadədə nəzərdə tutulan yaşıllıqların salınmasıdır».

Ümumiyyətlə, Azərbaycan hökuməti Bakının yenidən qurulması planlarını paytaxt əhalisinin iştirakı ilə müzakirə etmək niyyətindədir. D.Məmmədov bildirib ki, iyul ayının sonunda Böyük Bakının Regional İnkişaf Planı üzrə ictimai müzakirələr keçiriləcək. Bu plan Sumqayıtdan tutmuş Ələtə qədər olan bütün Abşeron yarımadasını - 280 min hektarlıq ərazini nəzərdə tutur: “Plana uyğun olaraq adı çəkilən ərazinin hansı hissəsində hansı tikililərin nəzərdə tutulduğu bu dinləmələrdə müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR