Nazir: “Sürətli internetə yüksək tələbat qiymətin aşağı düşməsinə mane olur”

Nazir: “Sürətli internetə yüksək tələbat qiymətin aşağı düşməsinə mane olur”
# 19 iyun 2012 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda internetin qiyməti Şərqi Avropa ölkələrində olan qiymətlərinə uyğundur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

İnternetin sürətinə gəldikdə, nazir qeyd edib ki, Azərbaycanda internetin sürəti bu xidmətə görə ödənilən vəsaitdən asılıdır: «İnternet istifadəçilərinin 50-60%-i üstünlüyü aşağı qiymətlərə verir və bununla da sürəti itirir. Lakin hazırda Azərbaycanda internetin sürəti və qiymətinə görə çeşid çoxdur».

Nazir həmçinin bildirib ki, ümumiyyətlə, internet xidmətlərinə görə qiymətlər nazirlik tərəfindən deyil, bazar tərəfindən tənzimlənir: «Sürətli internetə yüksək tələbatın olması bu xidmətlərə görə qiymətin aşağı düşməsinə mane olur».

Qeyd edək ki, hazırda Azərbaycanda 1 Mbit/saniyə internetin trafikinin qiyməti təxminən 15 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR