Azərbaycanda ünvanlı sosial yardım alan ailələrə rəqəmsal yayım üçün dekoderlər pulsuz veriləcək

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrə rəqəmsal yayım üçün dekoderlər pulsuz veriləcək
# 19 iyun 2012 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə bağlı 130 min ünvanlı sosial yardım alan ailəyə rəqəmsal yayım üçün dekoderlərin pulsuz verilməsi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, artıq bu ilin dekabr ayında rəqəmsal yayıma keçidlə bağlı işlər tam başa çatdırılacaq və Azərbaycan artıq 2012-ci ildə tam rəqəmsal yayıma keçəcək.

Dekoderlərin əhali tərəfindən alınması məsələsinə gəldikdə, nazir deyib ki, təxminən 130 min aztəminatlı ailəyə bu avadanlığın pulsuz veriləcəyi gözlənilir: «Ümumiyyətlə, dekoderləri qiyməti təxminən 25-40 manat civarında olacaq. Hazırda kommersiya şirkətlərinin marağı var ki, bu dekoderləri əhaliyə pulsuz paylayıb onun üzərindən kommersiya fəaliyyəti aparsın».

Ə.Abbasov həmçinin bildirib ki, 2011-ci ilin sonunadək Azərbaycan ərazisinin 85%-i rəqəmsal yayıma keçmək üçün hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR