Yevlaxın su təchizatı şəbəkəsi yenidən qurulacaq

Yevlaxın su təchizatı şəbəkəsi yenidən qurulacaq
# 19 iyun 2012 13:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə tender elan edib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

Layihəyə əsasən, Yevlax şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarı tikiləcək, yüksək sıxlıqlı polietilen borularla 34,5 km uzunluğunda magistral, 124 km uzunluğunda paylayıcı su xətti çəkiləcək, yanğın hidrantları quraşdırılacaq. Yevlax şəhərində kanalizasiya infrastrukturunu yaxşılaşdırmaq məqsədilə yüksək sıxlıqlı polietilen borularla 129 km kanalizasiya xətti çəkiləcək, 7 km uzunluğunda kanalizasiya kollektoru tikiləcək. Çirkab suların normal axınını təmin etmək üçün 15 kanalizasiya-nasos stansiyası yaradılacaq.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 30 iyul 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR