Dünya Bankı: Azərbaycanda su təchizatı və kanalizasiya xidmətləri layihəsi çərçivəsində tikilən ilk obyektlər bu ilin payızında istifadəyə veriləcək

Dünya Bankı: Azərbaycanda su təchizatı və kanalizasiya xidmətləri layihəsi çərçivəsində tikilən ilk obyektlər bu ilin payızında istifadəyə veriləcək
# 19 iyun 2012 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin payız aylarında Dünya Bankı (DB) tərəfindən Azərbaycanda maliyyələşdirilən «Milli su təchizatı və kanalizasiya xidmətləri» layihəsi çərçivəsində yeni obyektlərin tikintisi başa çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə DB-nin Cənubi Qafqaz üzrə regional meneceri Əsəd Alam bildirib.

Onun sözlərinə görə, «Milli su təchizatı və kanalizasiya xidmətləri» layihəsi çərçivəsində artıq bütün lazımi müqavilələr imzalanıb və cari ilin sentyabr-oktyabr ayları ərzində layihə çərçivəsində müxtəlif obyektlərin tikintisi başa çatdırılaraq istifadəyə veriləcək: «Bu layihə üçün əlavə vəsaitin ayrılması məsələsi müzakirə olunmur».

Qeyd edək ki, «Milli su təchizatı və kanalizasiya xidmətləri» layihəsi üçün DB Azərbaycan hökumətinə 260 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Kreditin 230 mln. dollarını Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD - Dünya Bankı qrupunun üzvü), qalan 30 mln. dolları isə Beynəlxalq İnkişaf Assosiasiyası (IDA - Dünya Bankı qrupunun üzvü) ayırıb. Layihə Azərbaycanın 15-16 rayonunu, həmçinin Naxçıvan MR-in 5 rayonunu əhatə edir.

Xatırladaq ki, ilk eyniadlı layihə üzrə tərəflər arasında 230 mln. dollar dəyərində kredit sazişi 2007-ci ilin avqust ayında imzalanıb. Hazırda isə tərəflər layihənin şəhərlər üzrə əhatə dairəsini genişləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR