«Azerfon» şirkəti kartinq yarışı keçirib

«Azerfon» şirkəti kartinq yarışı keçirib
# 21 iyun 2012 06:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) KİV nümayəndələri üçün öz fəaliyyəti və perspektivləri haqqında təqdimat keçirib və kartinq yarışları təşkil edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iştirak edən «Azerfon»un biznesin inkişafı və kommunikasiya şöbəsinin nümayəndələri şirkət ilə jurnalistlər arasında münasibətləri şərh edərkən bildiriblər ki, «Nar Mobile» yarandığı gündən ölkədəki əksər KİV və media qurumları ilə sıx əməkdaşlıq edir. Şirkət nümayəndələri bu əməkdaşlığın daha da möhkəmlənməsi üçün səylərini davam etdirəcəyini qeyd ediblər.

Qeyd edək ki, kartinq yarışlarında qalib gələn KİV nümayəndələri «Nar Mobile» şirkəti tərəfindən mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR