Əmlak Məsələləri Dövlət Komitəsi üçün Beşillik Strateji Plan hazırlanır

“APA-Economics”in xəbərinə görə, “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin icraçı təşkilatı kimi Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.
Layihənin başlıca məqsədi ölkədə daşınmaz əmlak bazarını, habelə dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatını təmin etməkdir. Ümumiyyətlə, bu layihə daşınmaz əmlak bazarına və bütün daşınmaz əmlak sahiblərinə dəstək verəcək. Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və ipoteka məqsədləri üçün məsələləri həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini daha da təkmilləşdirəcək. Layihə daşınmaz əmlak əqdlərini sürətləndirəcək və daşınmaz əmlak kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını hədəf götürəcək. Layihə daşınmaz əmlak agentləri, mərzçəkənlər və hüquqşünasların işinə, bu sahələr üzrə özəl sektorun inkişafına yardım edəcək. Digər məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üzrə müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir. Bu məqsədlərin bir çoxu informasiya texnologiyası və elektron hökumət təşəbbüsləri ilə əlaqə vasitəsilə daşınmaz əmlak bazarı informasiyasına çıxışı təmin etməklə dəstəklənəcək.
Layihə çərçivəsində müştərilərin məmnunluq səviyyəsinin artması və bununla da daşınmaz əmlak üzərində bütün hüquqi əməliyyatların sayında artması gözlənilir. Bu nəticələr yeni sistemə daxil edilən daşınmaz əmlak obyektlərinin, alqı-satqı, ipoteka və icarə əməliyyatlarının sayı üzrə həyata keçiriləcək müntəzəm statistik araşdırmalar vasitəsilə təhlil olunacaq. Layihə həmçinin əmlakın qiymətindəki artımı və ipoteka krediti üzrə verilən cəmi pul məbləğlərinin təhlilini də həyata keçirəcək. Müştərilərin məmnunluq səviyyəsi müştəri sorğuları vasitəsilə təyin olunacaq. Bu nəticələrin digər iqtisadi göstəricilərlə müqayisə olunması nəticəsində layihənin Azərbaycanın ümumi iqtisadi inkişafına nə dərəcədə təsir etdiyi də qiymətləndiriləcək.
Bunlarla yanaşı, Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə də bağlı işlər görülür. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi üçün beynəlxalq məsləhətçilərin iştirakı ilə Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanmasına başlanıb. Bu istiqamətdə bir sıra inkişaf etmiş Avropa ölkələrinin aidiyyəti qurumlarının fəaliyyətləri ilə tanışlıq və təcrübə mübadiləsi həyata keçirilib.
Layihəyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi üçün 2012-2013-cü illərdə daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və dövlət əmlakının idarə edilməsi sahələrində planlaşdırma, resursların səfərbər olunması və maliyyələşdirmə, komitənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyətin icrası zamanı səmərəlilik və effektivliyinin daha da artırılmasının dəstəklənməsi məqsədilə biznes-planın hazırlanması və Korporativ Strategiyanın formalaşdırılması nəzərdə tutulub.
Strateji Plan komitə tərəfindən xidmətlərin göstərilməsi (xidmət standartları daxil olmaqla), kadr resurslarının inkişafı, texniki planlar, İT strategiyaları, əsas vəzifələrə nail olmaq üçün ümumi maliyyələşdirmə variantları və ictimaiyyətə davamlı və qənaətcil xidmətlərin göstərilməsi sahəsində korporativ strategiyanın hazırlanmasını əhatə edəcək. Beşillik Strateji Planın hazırlanması çərçivəsində komitədə daxili idarəetmənin təkmilləşdirilməsi, komitə və onun qurumlarında idarəetmədə səmərəli və şəffaf fəaliyyət mexanizmlərinin tətbiq edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemlərinin davamlı fəaliyyəti üzrə biznes-planların hazırlanması və xidmətlə bağlı standartların inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda bu layihə çərçivəsində komitədə institusional dəyişikliklər üçün seçimlərə dair təkliflər hazırlamaq, insan resurslarının idarə edilməsi və inkişafı ilə bağlı araşdırmalar həyata keçiriləcək. Həmçinin ehtiyac və tələblər də daxil olmaqla, məqsəd və vəzifələri dəstəkləmək üçün strategiyaların hazırlanmasını əlaqələndirmək, investisiyalar və büdcə tərtibatı prosesləri üzrə ən yaxşı təcrübələri tətbiq etmək kimi işlər həyata keçiriləcək.
Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı və idarə edilməsi ilə bağlı tarif və qiymətləndirmə siyasətlərinin nəzərdən keçirilməsi, ən yaxşı beynəlxalq təcrübələrlə müqayisə edilməsi, davamlı fəaliyyət üçün bu istiqamətdə təkliflərin hazırlanması nəzərdə tutulur.
Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının 12 ay müddətində hazırlanması nəzərdə tutulur. Artıq bu sənədlərin hazırlanması üzrə əsas beynəlxalq məsləhətçinin və digər məsləhətçilər müəyyən edilib. Bu məqsədlə beynəlxalq məsləhətçilərin ölkəmizə ilk səfəri olmuşdur. İlk səfərin məqsədi - ilkin məlumatların araşdırılması və işlərin planlaşdırılmasından ibarətdir.
Səfər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatında və tabeliyində olan qurumlarda işgüzar görüşlər keçirilib və komitənin müxtəlif istiqamətlərindəki fəaliyyətləri öyrənilib.
İnfrastruktur

ADY nümayəndələri Çinin Sian və Çendu limanlarının fəaliyyəti ilə tanış olublar

PUA hücumu ilə bağlı Moskvaya bir sıra reyslər təxirə salınıb

“Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edilib

Bakı metrosunda pik saatlarda interval azaldılıb
Xəbər Lenti
Mərkəzi Bankın rəhbərliyinin əmək haqqı ödənişləri 40% artıb
FHN məktəblərdə mülki müdafiə tədbirləri keçirib - VİDEO
Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı dinləmələr keçirəcək
"Azəriqaz" Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib - FOTO
"Azeri Light" nefti ucuzlaşıb
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
Dünya bazarlarında neftin qiyməti azalıb
NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib
Azərbaycan Mərkəzi Bankı aktivlərini 5% artırıb
Ötən gecə Rusiya 112 Ukrayna PUA-nı məhv edib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb, ekstradisiyası gözlənilir
Bu günün valyuta məzənnələri
Qəzzada İsrail tərəfindən saxlanılan 10 fələstinli azad olunub
ABŞ Suriyaya qarşı sanksiyaları ən qısa zamanda ləğv edəcək
Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağılıb
Cənubi Koreya və ABŞ hərbi kontingentin azaldılmasını müzakirə etməyib
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
İsrail ordusu Bekaa vadisinə hava zərbələri endirib
KİV: Fransa Baltikyanı ölkələrə kəşfiyyat gəmisi göndərib
ABŞ Cənubi Koreyadan təxminən 4500 əsgərini çıxara bilər
Harvarddan sonra digər universitetlərdə də əcnəbilərin qəbulu qadağan edilə bilər
Moskva yenidən PUA hücumuna məruz qalıb
Əlcəzair Qəzzaya yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərin ləğvi üçün qətnamə layihəsi hazırlayıb
G7 Rusiyanı daha sərt sanksiyalarla hədələyib
İslam İnkişaf Bankı 2024-cü il üçün hesabatını açıqlayıb
Sanksiyalar ləğv olunarsa İran nüvə fəaliyyətlərinə nəzarət etməyə icazə verəcək
İsrail ordusu Livanın cənubunda bir binaya zərbələr endirib
Hikmət Hacıyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Harvard Universitetinin xarici tələbə qəbul etmək sertifikatı ləğv edilib
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb
Moskvaya doğru uçan 8 pilotsuz təyyarə Rusiya ordusu tərəfindən vurulub
Ermənistanın Azərbaycana qarşı imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
“Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olunub
Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub öldürüb - YENİLƏNİB
APA TV yayım dairəsini genişləndirir
Türkiyə MTŞ-nın iclası zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunub
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub
İslam İnkişaf Bankının gələn il illik toplantısı Bakıda keçiriləcək
Rusiya-Ukrayna sərhədində "bufer təhlükəsizlik zonası" yaradılması barədə qərar qəbul edilib
Azercell prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxunub