Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunan marka buraxılıb

Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunan marka buraxılıb
# 21 iyun 2012 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycan və Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilən poçt markası buraxıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, marka üzərində hər iki ölkənin simvolu – Bakıdakı Qız Qalası və Böyük Çin Səddi təsvir olunub. Markanın tirajı 50 min ədəd, nominal dəyəri isə 50 qəpik təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR