Almatı-Bakı aviareysini yerinə yetirən təyyarə texniki problemlərlə bağlı Azərbaycana gecikmə ilə gələcək

Almatı-Bakı aviareysini yerinə yetirən təyyarə texniki problemlərlə bağlı Azərbaycana gecikmə ilə gələcək
# 22 iyun 2012 10:04 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, təyyarənin məcburi eniş etməsinə səbəb göyərtədə yaranmış texniki nasazlıq olub. «Texniki problemlər aradan qaldırıldıqdan sonra təyyarə bu gün saat 15:30-da havaya qalxacaq və Bakıya istiqamət alacaq», - deyə hava limanından bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı marşrutu üzrə hərəkət edən təyyarə qrafikə uyğun olaraq bu gün saat 12:55-də Bakıya çatmalı idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR