Azərbaycanda torpaqların qiymətləndirilməsi üzrə texniki komitə yaradılıb

Azərbaycanda torpaqların qiymətləndirilməsi üzrə texniki komitə yaradılıb
# 22 iyun 2012 11:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) təşkilatçılığı ilə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin yaradılması ilə bağlı təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən DTXK sədri Qərib Məmmədov bildirib ki, Texniki Komitənin yaradılmasında məqsəd torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, coğrafi informasiya sistemləri, naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Komitənin əsas vəzifələri milli, dövlətlərarası, beynəlxalq regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını təşkil etməkdən ibarət olacaq.

Q.Məmmədov bildirib ki, artıq texniki komitənin strukturu təsdiq edilib. Struktura əsasən burada «Torpaqların qiymətləndirilməsi», «Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr», «Geoməkan xidmətləri», «Kadastr informasiya menecmenti və informasiya cəmiyyəti», «Obrazlar», «Geodeziya və Kartoqrafiya» Alt Komitələri yaradılıb, eləcə də komitəyə üzə 20 təşkilatların siyahısı təsdiq edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov komitənin yaradılmasının bu sahənin işi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR