Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 22 iyun 2012 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2012-ci ilin may ayı üzrə 96,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, aprel ayında isə bu indikator 254,7%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, may ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 3,6% azalıb. Bundan bir ay əvvəl isə bu göstəricinin 3,5 dəfəlik artımı baş verib:




Göründüyü kimi, aprel ayında mənzil tikintisinə yönəldilən investisiyaların həcmi hətta əvvəlki üç ayın toplam göstəricisindən də artıq olub. May ayında bu tendensiya dayanıb və həcm təxminən aprel səviyyəsində olub. Bunun əsas səbəbi mövsümi amillər, o cümlədən havaların əlverişli olması ilə bağlıdır.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və onun dinamikası təkcə tikinti sahəsinin deyil, həmçinin digər aidiyyəti sahələrdə, o cümlədən tikinti materialları və torpaq bazarı, habelə əmək bazarında cari vəziyyəti əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR