Azərbaycanda Peyk İdarəetmə Mərkəzi tikilir

Azərbaycanda Peyk İdarəetmə Mərkəzi tikilir
# 23 iyun 2012 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın «Orbital Sciences» şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın «Telesat» şirkətinin nümayəndələri ilə birlikdə «Azərkosmos» ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) tikinti prosesi ilə yaxından tanış olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan «Orbital Sciences» şirkəti və Azərbaycan mütəxəssisləri tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etdirilir.

Qeyd edək ki, telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilən Mərkəzin tikintisinin ilk peykin orbitə buraxılmasından əvvəl başa çatdırılaraq tam istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR