Azərbaycanda «İşğal altında» kompyuter oyununun təqdimatı keçirilib

Azərbaycanda «İşğal altında» kompyuter oyununun təqdimatı keçirilib
# 23 iyun 2012 10:36 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev oyunun Qarabağ müharibəsinə həsr olunduğu üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: «Artıq bir neçə ildir ki, biz Azərbaycanda milli kompyuter oyunu keçiririk. Bu oyun bir qrup tələbənin gərgin əməyinin məhsuludur və inanırıq ki, bu, dünya bazarına çıxarılaraq, Qarabağ həqiqətlərini dünyada tanıtmaq üçün müstəsna rol oynayacaq. Oyunda hadisələr Şuşa şəhəri ərazisində baş verir və fikrimcə, bu oyun gələcəyin bir ssenarisidir».

İ.Babayev həmçinin Gənclər və İdman Nazirliyinin bu layihəyə böyük dəstək verdiyini vurğulayıb.

Daha sonra oyunun rəhbəri və ideya müəllifi Fərid Haqverdiyev çıxış edərək, lahiyəyə 2010-cu ildən başladıqlarını deyib. O, oyun barədə tədbir iştirakçılarına geniş məlumat verərək, oyunun döyüş janrında hazırlandığını və əsas hədəfin Şuşa şəhərini işğalçılardan azad etmək olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR