Azərbaycan xaricdə həyata keçirdiyi İKT layihələrinə Qətər şirkətlərini cəlb edəcək

Azərbaycan xaricdə həyata keçirdiyi İKT layihələrinə Qətər şirkətlərini cəlb edəcək
# 25 iyun 2012 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İKT sahəsində xarici bazarlarda həyata keçirdiyi layihələrə Qətər şirkətlərini cəlb etmək niyyətindədir. «APA-Economis»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi xanım Hessa əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, hazırda Azərbaycan Gürcüstan, Qırğızıstan və Türkmənistan kimi ölkələrdə İKT sahəsində bir sıra layihələr icra edir. Eyni zamanda, Yaxın Şərq və Afrika ölkələri də Azərbaycanı İKT sektorunda bir neçə layihədə iştirak etməyə dəvət edib. Lakin Azərbaycan tərəfinə bu ölkələrdə layihələrdə iştirak etməsi üçün tərəfdaş lazım olduğu bildirilib və Azərbaycan tərəfdaş qismində sözügedən regionlarda təcrübəyə malik olan Qətəri cəlb etmək, o cümlədən Azərbaycanın Gürcüstan, Qırğızıstan və Türkmənistanda həyata keçirdiyi layihələrdə Qətərlə birgə iştirak etmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR