“Azərsu”nun balansında olan su anbarlarının yuyulması təmin edilib - FOTO

“Azərsu”nun balansında olan su anbarlarının yuyulması təmin edilib - <font color=red>FOTO</font>
# 25 iyun 2012 13:50 (UTC +04:00)
Bakı – APA-Economics. “Azərsu” ASC istehlakçıların su təchizatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək məqsədilə Bakı şəhərindəki mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması davam etdirilir. 2012-ci ilin mart ayından indiyə qədər “+ 69 Şərq”, “+ 110 Qərb”, və Maştağa mərkəzi su anbarlarının yuyulması başa çatdırılmışdır. Bununla yanaşı, “Azərsu” ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da yuyulması təmin edilib. Tərtib olunmuş qrafikə uyğun olaraq Nərimanov rayonunda 30, Binəqədidə 28, Yasamalda 27, Suraxanıda 24, Nizamidə 23, Xətaidə 9, Nəsimidə 6 və Səbail rayonunda 2 məhəllədaxili anbar yuyulub dezinfeksiya olunub və proses kompleks şəkildə aparılaraq ciddi nəzarət altında həyata keçirilib.

Yuyulma prosesində anbarlar tamamilə boşaldılıb və onların dib hissəsi lil çöküntülərindən təmizlənib. Daha sonra anbarların istismara yararlı olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılıb, təhlükə doğura biləcək hallar müəyyənləşdirilərək təmir-bərpa işləri aparılıb. Dezinfeksiya işlərindən sonra anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında yenidən istismara buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR