Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb
# 26 iyun 2012 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 9,1 mln. ton yük və 1,2 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə yük daşınması 2011-ci ilin yanvar-may ayları ilə müqayisədə 5,5% artıb, sərnişin daşınması isə 18,2% azalıb.

Dəmir yolu vasitəsilə yük dövriyyəsi cari ilin ilk beş ayı ərzində 5,1% artaraq 3 306,3 mln. ton-km təşkil edib. Sərnişin dövriyyəsi isə 21,7% azalaraq 225,4 min sərnişin-km olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR