Azərbaycanda strateji əhəmiyyətli ərazilərdə inşa edilmiş ev və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılıb

Azərbaycanda strateji əhəmiyyətli ərazilərdə inşa edilmiş ev və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılıb
# 27 iyun 2012 16:19 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, komissiyanın tərkibi belədir:

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.

Komissiyanın üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.

Ali Məhkəmənin sədrinə və Azərbaycan Baş Prokuroruna tövsiyə olunub ki, komissiyanın fəaliyyətində iştirak etsinlər.

Komissiyaya tapşırılıb ki, sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırsın və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində prezidentə təqdim etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR