Estoniya Bakı ilə Tallinn arasında birbaşa aviareyslərin açılmasını təklif edir

Estoniya Bakı ilə Tallinn arasında birbaşa aviareyslərin açılmasını təklif edir
# 28 iyun 2012 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Estoniya Bakı ilə Tallinn arasında birbaşa aviareyslərin yerinə yetirilməsində maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bunu ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının Bakıda keçirilən iclasında Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri, komissiyanın həmsədri Yuhan Parts bildirib.

Öz növbəsində Azərbaycan tərəfi bununla bağlı “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə müvafiq tövsiyələr verəcəyini bildirib, iki ölkə arasında hava nəqliyyatı ilə yükdaşımaların təşkilinin də istisna olunmadığını qeyd edib.

Estoniya tərəfi Bakı-Tallinn aviareysinin rentabelli olması üçün turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsini vacib sayıb.

Qeyd edək ki, hazırda Baltikyani ölkələrlə Azərbaycan arasında cəmi bir - Bakı-Riqa aviareysi yerinə yetirilir ki, bu da mövsümi xarakter daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR