“DİA Holding” Türkiyədə iki möhtəşəm layihəyə imza atacaq

“DİA Holding” Türkiyədə iki möhtəşəm layihəyə imza atacaq
# 28 iyun 2012 10:54 (UTC +04:00)
Bakı – APA-Economics. Türkiyədə hər kəsin böyük diqqətinə səbəb olan tenderlərin qalibləri müəyyənləşib.

APA-Economics”in xəbərinə görə, Azərbaycanda böyük layihələrə imza atan “DİA Holding”, Ankara Bilkent Sağlamlıq Kompleksi tikinti işləri məhsul və xidmətlərinin təmin edilməsi layihəsi üzrə elan olunmuş tenderin qalibi olub.

Ümumi tutumu 3 662 yataq olacaq sağlamlıq kompleksi 1 mln. 200 min kv. metr tikinti sahəsində inşa ediləcək. Tərkibində ümumi xəstəxana, doğum evi, uşaq xəstəxanası, ürək-damar xəstəlikləri xəstəxanası, ortopediya və nevroloji elmlər xəstəxanası, yüksək mühafizəli məhkəmə psixiatriya xəstəxanası ilə fiziki müalicə və reabilitasiya xəstəxanası olacaq. Kompleksin inşa müddəti 3,5 ildir.

Bundan başqa, İstanbulda şəhərin simvolu sayılacaq növbəti boğaz körpüsü “DİA Holding” ortaq şirkəti “IC İçtaş” imzası ilə həyata vəsiqə qazanacaq. “DİA Holding”in törəmə şirkəti “İÇTAŞ İnşaat Sənaye Ticarət A.Ş.” İstanbul 3-cü Körpü layihəsini 10 il 2 ay müddətlə (iş müddəti) qazanıb.

İstanbul boğazında inşa ediləcək 3-cü körpünün tikintisini ehtiva edən “Şimali Mərmərə Şosesi Layihəsinin Odayeri-Paşaköy (3-cü Boğaz Körpüsü daxil) Sahəsinin layihəsini təklif edən iş ortaqlıqlarının təklifləri açıqlanıb. Şose layihəsi ümumi uzunluğu 1875 metrlik asma körpü, 60 metr uzunluğundakı körpü yolu və ümumi uzunluğu 21 km olan tunelləri əhatə edir. Yol üzərində, bağlantı yolları üzərindəkilər də daxil 45 qovşaq mövcuddur. Ümumi uzunluğu 1875 metr olan, Garipçe və Poyrazköyyeri arasına inşa ediləcək körpünün ayaqlar arası məsafəsi isə 1275 metr olacaq.

3-cü körpü üçün nəzərdə tutulan sərmayə həcminin 2,5 mlrd. dollar olduğu açıqlanan layihənin, 3 il içində tamamlanacağı bildirilir.

“DİA Holding” törəmə şirkəti “İçtaş İnşaat Sanayi Ticaret A.Ş.” Türkiyə və dünya inşaat sektorunun qabaqcıl quruluşlarındandır. Rusiyada Sank-Peterburq hava limanı və “Western High Speed DİAmeter” Layihəsi daxilində yer alan yol və körpü inşaatı işlərinin inşasına başlanıb. Bununla yanaşı, turizm və hotelçilik, enerji, hava və dəniz limanı müəssisəsi və sənayedə də fəaliyyət göstərməkdədir.

“IC Holding” İdarə Heyətinin sədri İbrahim Çeçen layihənin maliyyəsini qısa müddətdə həll edəcəklərini bildirib: “Maliyyələşdirmə təminatı mövzusunda Türkiyənin kredit etimadının yüksək olmasını və iqtisadiyyatdakı müsbət tempi nəzərə alaraq maliyyə əldə etməkdə çətinlik çəkməyəcəyimizə inanırıq. Maliyyə məsələsi həll edilmədən biz öz imkanlarımızla işə başlayacağıq”. İnşaat işlərinə ilin sonunda başlayacaqlarını bildirən İbrahim Çeçen “Bizim layihəmiz bu əsrdə texnoloji-mühəndislik və estetik baxımdan dünyanın ən yaxşı körpülərindən biri olacaq” deyib.

Qeyd edək ki, “DİA Holding”in Azərbaycanda inşa etdiyi və dünya memarlıq tarixinə daxil olan Heydər Əliyev Mərkəzi və “Alov Qüllələri” layihələrindən sonra artıq digər bölgə ölkələrində də fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR