Avropa Birliyi “Microsoft”u 860 mln. avro cərimələtdirib

Avropa Birliyi “Microsoft”u 860 mln. avro cərimələtdirib
# 28 iyun 2012 12:01 (UTC +04:00)
Bakı – APA-Economics. “Microsoft” şirkəti Avropa Birliyinin (AB) antiinhisar qanunvericiliyini pozduğuna görə 860 mln. avro cərimə ödəyəcək.

APA-Economics”in “Euronews”a istinadən xəbərinə görə, məhkəmə Avropa Komissiyasının tələb etdiyi məbləği 39 mln. avro azaldıb.

ABŞ-ın kompyuter təminatı istehsalçısı “Microsoft”un əməliyyat sistemləri ilə uzlaşan məhsulların istehsalı üçün rəqabət aparan şirkətlərə zəruri məlumatların verilməsi haqqında antiinhisar qurumlarının göstərişini yerinə yetirməməkdə günahkar bilinib.

Qeyd edək ki, “Microsoft” Avropa Komissiyasının tələblərini pozduğuna görə bundan əvvəl üç dəfə müxtəlif məbləğlərdə cərimələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR