Azərbaycan və Estoniya arasında avtomobil daşımalarına dair müqavilə imzalanacaq

Azərbaycan və Estoniya arasında avtomobil daşımalarına dair müqavilə imzalanacaq
# 28 iyun 2012 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın gələcəkdə Azərbaycan və Estoniya arasında avtomobil nəqliyyatı ilə daşımalara dair müqavilə imzalanacaq. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Nəqliyyat Nazirliyi Maliyyə və kredit Departamentinin müdiri Faiq Ələkbərov bildirib.

Onun sözlərinə görə, sözügedən müqavilənin layihəsi artıq Azərbaycan tərəfindən hazırlanıb və baxılmaq üçün qarşı tərəfə göndərilib: «Ümid edirəm ki, yaxın gələcəkdə bu müqavilə imzalanacaq».

F.Ələkbərov onu da bildirib ki, hazırda Azərbaycanda TRACECA Proqramı çərçivəsində avtomobil yollarının genişləndirilməsi həyata keçirilir və Azərbaycanla Estoniya arasında sözügedən müqavilə imzalandıqdan sonra iki ölkə arasında əməkdaşlıq bir qədər də inkişaf edəcək.

İki ölkə arasında aviareyslərin təşkil olunmasına gəldikdə isə, Nəqliyyat Nazirliyinin rəsmisi bildirib ki, birbaşa uçuşların təşkil edilməsi üçün aviareys rentabelli olmalıdır: «Bakı Estoniyanın paytaxtı Tallinn şəhərindən uçuşlarda tranzit rolunda çıxış edə bilər». Buna misal olaraq F.Ələkbərov London-Bakı-Bişkək, Frankfurt-Bakı-Aşqabad aviareyslərini göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR