Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının regional konfransında iştirak edəcək

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının regional konfransında iştirak edəcək
# 28 iyun 2012 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 29-30-da İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının II Regional Konfransı keçiriləcək.

Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, toplantıda region ölkələrində avtomobil daşımaçılığının müasir vəziyyəti və perspektiv planlar müzakirə ediləcək.

Konfransda Nəqliyyat Nazirliyinin və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR