«Azəryolservis» ASC: Bakıda yük avtomaşınları qanunsuz olaraq təmiri aparılan yollarla hərəkət edir - FOTOSESSİYA

«Azəryolservis» ASC: Bakıda yük avtomaşınları qanunsuz olaraq təmiri aparılan yollarla hərəkət edir - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərində Sabunçu qovşağından Zabrat dairəsinə qədər avtomobil yolunda təmir işləri iyulun sonu – avqustun 15-dək tamamlanacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən bildirilib.

ASC-dən verilən məlumata görə, şosenin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində təmir işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir. Artıq 1,5 km-lik hissədə 3 laydan ibarət asfalt örtük salınaraq, xətlənmə işləri başa çatdırılıb. Bundan əlavə, yolun digər sahələrində bordyurların yenisi ilə əvəzlənməsi, köhnə asfalt-beton örtüyünün layihəyə uyğun olaraq frez mexanizmi vasitəsilə kəsilərək çıxarılması, kommunikasiya xətlərinin keçdiyi quyuların dəmir-beton piltələrinin və baxış qapaqlarının yenisi ilə əvəzlənməsi işləri aparılır ki, təmir işləri iyul ayının sonu – avqust ayının 15-dək tamamlanacaq.

«Asfalt yerə döşənərkən təxminən 120 dərəcə istilik olur. Ən azından 25 dərəcəyə qədər soyumadıqda nəqliyyat vasitələrinin hərəkəti yolverilməzdir. Ətraf mühitin temperaturundan asılı olaraq, bu proses üçün 1 sutkaya qədər vaxt tələb edir. Çox təəssüf ki, alternativ yolların olmasına baxmayaraq, təmir olunan sahədə nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunur. Məhəllədaxili yollardan istifadə etməklə təmir aparılan ərazidə minik avtomobilləri ilə yanaşı, normadan bir neçə dəfə artıq mişar daşı ilə yüklənmiş «KamAZ» markalı nəqliyyat vasitələrinin hərəkətinə də rast gəlmək mümkündür. Bu zaman yol örtüyü konstruksiyasında plastik və sürüşmə deformasiyaları yaranır ki, bu da gələcəkdə yolun istismar göstəricilərinə mənfi təsirsiz ötüşmür», - deyə ASC-dən bildirilib.

«Azəryolservis» sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR