Azərbaycan Nəqliyyat Nazirliyində Portuqaliyanın dövlət və xarici işlər naziri ilə görüş keçirilib

Azərbaycan Nəqliyyat Nazirliyində Portuqaliyanın dövlət və xarici işlər naziri ilə görüş keçirilib
# 28 iyun 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Portaşı rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində Nəqliyyat Nazirliyində görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Portuqaliya nümayəndə heyətini qəbul edən nəqliyyat naziri Ziya Məmmədov son illər Azərbaycanın yol-nəqliyyat strukturunda aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb, həmçinin qeyd edib ki, Azərbaycan keyfiyyətli və müasir standartlara cavab verən səviyyədə layihələr reallaşdıran şirkətlərin hər biri ilə əməkdaşlığa hazırdır.

Öz növbəsində P.Portaş iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb, münasibətlərimizin daha da möhkəmləndirilməsində hər iki ölkənin maraqlı olduğunu bildirib. Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Portuqaliya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR