İyulun 3-dən Yekaterinburq-Lənkəran aviareysi açılır

İyulun 3-dən Yekaterinburq-Lənkəran aviareysi açılır
# 29 iyun 2012 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyulun 3-dən etibarən Rusiyanın «Ural Hava Yolları» aviaşirkəti Yekaterinburq-Lənkəran marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə aviaşirkətin rəsmi saytında bildirilir.

Şirkətin məlumatına əsasən, uçuşlar hər həftənin II günləri «Airbus» tipli hava gəmiləri ilə həyata keçiriləcək ki, Lənkərandan Yekaterinburqa uçuş saat 10:00-da yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda «Ural Hava Yolları» aviaşirkəti Moskva-Bakı, Yekaterinburq-Bakı, Moskva-Gəncə, Sankt-Peterburq-Gəncə, Moskva-Lənkəran və Sankt-Peterburq-Lənkəran marşrutları üzrə birbaşa uçuşlar yerinə yetirir.

Xatırladaq ki, hazırda Lənkərandan Surquta da birbaşa uçuşlar yerinə yetirilir («UTAir» aviaşirkəti).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR