“Nokia” Finlandiyada mobil telefon istehsalını dayandıracaq

“Nokia” Finlandiyada mobil telefon istehsalını dayandıracaq
# 01 avqust 2012 13:19 (UTC +04:00)
Bakı – APA-Economics. “Nokia” şirkətinin Salo (Finlandiya) şəhərindəki mobil telefon istehsalı zavodu bu ilin sentyabr ayında fəaliyyətini dayandıracaq.

APA-Economics”in Finlandiya mətbuatına istinadən xəbərinə görə, şirkət bunun nəticəsində işsiz qalacaq 780 əməkdaşına dəstək proqramı təklif edəcək.

Qeyd edək ki, Finlandiya “Nokia”nın vətəni sayılır. Şirkətin baş ofisi bu ölkənin Espoo şəhərindədir. “Nokia” dünyanın ən nəhəng mobil telefon istehsalçısı adını 2012-ci ildə “Samsung”a uduzub. Bu səbəbdən şirkət istehsalı Şərqi Asiyaya keçirmək qərarına gəlib. Eyni zamanda Almaniya və Kanadadakı araşdırma mərkəzləri qapadılıb. Bu tədbirlərin 2013-cü ilin sonuna 2 mlrd. dollara qənaət etmək imkanı verəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR