Təbriz-Bakı aviareysi dayandırılıb - YENİLƏNİB

Təbriz-Bakı aviareysi dayandırılıb -<font color=red> YENİLƏNİB</font>
# 07 avqust 2012 11:55 (UTC +04:00)
Şirkətin Azərbaycandakı təmsilçisi «APA-Economics»ə bildirib ki, həftədə bir dəfə (şənbə günləri) yerinə yetirilən Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar məlum olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb: «Buna baxmayaraq, avqust ayının 15-20-dən sonra aviaşirkət sözügedən marşrut üzrə uçuşları bərpa etmək niyyətindədir».

Qeyd edək ki, bu ilin iyun ayınadək «Kish Air» Təbriz-Bakı-Təbriz aviareysini həftədə iki dəfə (II və VI günlər 14:15-də) yerinə yetirib. Lakin sonradan uçuşlar yalnız həftədə bir dəfə (VI gün 14:15-də) həyata keçirilib. Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 159 manatdır.

Xatırladaq ki, hazırda Bakı-Təbriz aviareysini həmçinin «Azərbaycan Hava Yollar» (AZAL) aviaşirkəti də yerinə yetirir. AZAL bu marşrutla həftədə iki dəfə (II və VI günləri saat 22:00-da) uçuşlar həyata keçirir. Hər iki istiqamətdə bir aviabiletin qiyməti 186 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR