Azərbaycanda yenilənmiş «Renault Koleos»un satışına başlanılıb

Azərbaycanda yenilənmiş «Renault Koleos»un satışına başlanılıb
# 09 avqust 2012 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yenilənmiş «Renault Koleos» krossoverinin satışına start verilib.

«Renault Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan müştərilərinə yenilənmiş «Koleos» 2,5 litr həcmində olan benzin mühərrik (175 at gücü), dördpilləli avtomatik transmissiya ilə təklif olunur. Avtomobilin qiyməti komplektasiyasından asılı olaraq 27,1-27,9 min manat təşkil edir. Model «Dynamique Comfort» və «Luxe Privilege» komplektasiyalarında təqdim edilir.

«Renault Koleos»un ön hissəsi bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Belə ki, «Renault» embleminin hər iki tərəfində artıq yeni, ensiz fənərlərlə birgə xromlaşdırılmış radiator barmaqlıqları yer alır. Yan aynalar isə işıq diod işarələri ilə təchiz olunub. Bundan əvvəlki versiyadan avtomobilə uca klirens, qabarıq təkər arkaları və özünəməxsus disklər miras qalıb. Yeni «Renault Koleos», eyni zamanda, yeni boyama rəngi qazanıb. Belə ki, hazırda müştərilərə yeni «Orange Cayenne» rəngli avtomobil də təklif olunur.

Qeyd edək ki, «Renault» avtomobillərinə verilən zəmanət 3 il və ya 100 min km yol qəti təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR