İranın Astara şəhərindəki dəniz limanı və gömrük-keçid məntəqəsi yenidən qurulur

İranın Astara şəhərindəki dəniz limanı və gömrük-keçid məntəqəsi yenidən qurulur
# 01 noyabr 2012 08:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İranın Astara şəhərindəki dəniz limanının və gömrük-keçid məntəqəsinin yenidən qurulması prosesinə başlanıb. Məqsəd Azərbaycan və digər sahilyanı ölkələrlə dəniz vasitəsilə vətəndaşların gediş-gəlişini həyata keçirməkdir”. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin APA-nın sualını cavablandırarkən deyib.

Səfirin sözlərinə görə, bundan sonra Bakı və Azərbaycanın digər liman şəhərlərindən İrana gəlmək asanlaşacaq. Yaxın bir il ərzində Astara limanının rekonstruksiyası prosesi başa çatacaq: “Dəniz limanının istifadəyə verilməsi ilə quruda yerləşən gömrük-keçid məntəqələrində vətəndaşların hərəkətində bir qədər azalma ola biləcəyini düşünürük”.

M.Pakayin İran-Azərbaycan sərhəd zolağında yeni gömrük-keçid məntəqələrinin istifadəyə verilməsi istiqamətində görülən işlərlə də bağlı danışıb. Onun sözlərinə görə, İran iki ölkə vətəndaşlarının gediş-gəlişindəki maneələrin, problemlərin aradan qaldırılmasında çox maraqlıdır. Buna görə də gömrük qurumlarına bu məsələlərdə qarşıya çıxan problemləri aradan qaldırmaq tapşırığı verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR