Filip Verveyer: «Azərbaycan İKT sahəsi və infrastruktura böyük diqqət yetirir»

Filip Verveyer: «Azərbaycan İKT sahəsi və infrastruktura böyük diqqət yetirir»
# 03 noyabr 2012 10:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin İKT məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer bildirib.

ABŞ rəsmisi qeyd edib ki, bu cür tədbirlərin təşkili böyük zəhmət və vaxt tələb edir: «Bu tədbirin ev sahibi kimi çıxış etməsi üçün Azərbaycana təşəkkürümü bildirirəm. Ümumiyyətlə, Azərbaycan İKT sahəsinə, əsasən də infrastruktura böyük diqqət yetirir və nəticədə ölkədə internetin səviyyəsi inkişaf edir. Bu cür tədbirlərin keçirilməsi Azərbaycanı bu sahədə bir qədər də inkişaf etdirəcək».

F.Verveyer əlavə edib ki, gələn həftə Azərbaycan paytaxtında keçiriləcək bu foruma 1000-dən çox iştirakçı qatılacaq və internetlə bağlı aktual məsələlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR