Bakı-Tiflis-Batumi-Trabzon sahəsində “Model şose” kəsiyinin layihə öncəsi tədqiqatının rəsmi təqdimatı keçirilib

Bakı-Tiflis-Batumi-Trabzon sahəsində “Model şose” kəsiyinin layihə öncəsi tədqiqatının rəsmi təqdimatı keçirilib
# 06 noyabr 2012 11:50 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Bakı və Tiflisdə Bakı-Tiflis-Batumi-Trabzon sahəsində “Model şose” kəsiyinin layihə öncəsi tədqiqatının rəsmi təqdimatı keçirilib. APA-nın GUAM-ın rəsmi saytına istinadən yaydığı məlumata görə, tədqiqat Cənubi Qafqazda “Model şose” layihəsinin reallaşmasının əsas parametrlərini müəyyənləşdirməlidir.

Təqdimatda Azərbaycan və Gürcüstanın hökumət strukturlarının, beynəlxalq maliyyə institutlarının, regional təşkilatların (TRACEKA, ATƏT), işgüzar dairələrin nümayəndələri, həmçinin GUA Katibliyinin proqram koodinatoru iştirak edib. Tədbir Azərbaycan Nəqliyyat Nazirliyinin, Gürcüstan İqtisadiyyat və Sabit İnkişaf Nazirliyinin və Avtomobil Nəqliyyatı İttifaqının dəstəyi ilə baş tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR