"Hazırda qurulmaqda olan Zığ qarajı var, bura istismardan sonra 250 yer tutumlu olacaq və 850 nəfər işlə təmin olunacaq. Bura sürücülər, fəhlələr, çilingər və s. daxildir".
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 5 ildə 4 236 sürücü təlim keçib, 1 668 təlim keçmiş namizəd sürücünün 1 500-dən çoxu işlə təmin olunub: "Ötən il təlim keçən sürücülər 612 nəfər olub, onlardan 429 nəfəri işlə təmin olunub. 320 yeni avtobus alınacaq ki, bununla da 860 sürücü üçün yeni iş yeri yaradılacaq".