Gədəbəy sakinini avtomobil vurub

Gədəbəy sakinini avtomobil vurub
# 08 may 2017 21:37 (UTC +04:00)

Gədəbəydə piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb.

 

Heyvanlarını dağa aparan kənd sakini, 1962-ci il təvəllüdlü Mərdan Rəcəbovu avtomobil vurub. O sağ bud sümüyünün sınığı xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR