ADY sədri: Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb

ADY sədri: Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb
# 26 fevral 2024 11:59 (UTC +04:00)

Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var.

"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.

O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir:

"Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır.
Elə bir plan fikirləşirik ki, həm sərnişinlərin gündəlik hərəkətinə mane olmayaq, həm də bu xəttin tam yenidənqurulmasını həyata keçirək. Qatar intensivliyinin aşağı salınması zəruri olacaq. Layihənin həyata keçirilməsi üçün böyük məbləğdə investisiya qoyuluşu tələb olunur. Bunun hesablanması aparılır. Dəmiryolu infrastrukturunun sağlamlaşdırılması üzərində çalışırıq", - deyə ADY sədri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR