ADY: Selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti bərpa edilib - VİDEO

ADY: Selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti bərpa edilib - VİDEO
# 30 avqust 2023 16:32 (UTC +04:00)

Gecə selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti operativ şəkildə bərpa edilib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən “APA-Economics”ə verilən məlumata görə, şimal bölgəsinə yağan güclü yağışlar nəticəsində Biləcəri-Yalama sahəsinin Zarat dəmiryol stansiyası və Giləzi-Zarat mənzilində sel suları ciddi fəsad yaradıb. Nəticədə infrastruktura ziyan dəyib, qatarların hərəkətində fasilələr yaranıb.

“Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün operativ olaraq əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub”, - məlumatda bildirilir.

Qeyd olunur ki, səsadlar qısa zamanda aradan qaldırılıb və yük qatarlarının hərəkət fəaliyyəti bərpa edilib.

© APA | Gecə selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti operativ şəkildə bərpa edilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR