Ağdamda quruculuq işlərində yerli xammaldan istifadə olunur

Ağdamda quruculuq işlərində yerli xammaldan istifadə olunur
# 25 dekabr 2023 14:50 (UTC +04:00)

Bu gün Ağdamda gedən bərpa-quruculuq proseslərində məhz Ağdamın ağ daşı, yerli xammal, tikinti materialı kimi istifadə olunur.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii yataqların səmərəli şəkildə istismarı bərpa-quruculuq işlərinin həm keyfiyyətini, həm səmərəsini xeyli dərəcədə artırır: “İşğladan azad olunmuş ərazilərdə mövcud geoloji yataqlardan daha səmərəli istifadə olunması, çox vacib tikinti materiallarının hazırlanaraq, bərpa prossesində istifadə olunması məsələsidir. Bununla bağlı artıq Ağdam rayonunun məşhur Şahbulaq yatağı hazırda istismar olunur. Əminliklə deyə bilərəm ki, bu gün Ağdamda gedən bərpa-quruculuq prosseslərində məhz Ağdamın ağ daşı, yerli xammal materialı kimi, yerli tikinti materialı kimi istifadə olunur. Evlər o materiallardan tikilir. Biz hesab edirik ki, bundan sonra da Qarabağın və Şərqi Zəngəzurun təbii yataqlarının daha səmərəli şəkildə istismar olunaraq, daha dayanıqlı şəkildə iqtisadi dövriyyəyə qaytarılması burada gedən bərpa-quruculuq işlərinin həm keyfiyyətini, həm səmərəsini xeyli dərəcədə artıracaq”.

Emin Hüseynov bu kimi məsələlərin bu gün Ağdamda keçrilən Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında müzakirə edildiyini vurğulayıb: “Bu gün qaldırılan digər ekoloji məsələrdən biri də bərpa olunan kəndlərin, şəhərlərin, qəsəbələrin suvarma sistemi, suvarma imkanlarının genişləndirilməsi, bu sahədə müxtəlif dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR