Almaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub - FOTO

Almaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub - FOTO
# 21 iyun 2023 15:44 (UTC +04:00)

Almaniya prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olublar.

ASCO-dan “APA-Economics” verilən məlumata görə, Almaniya prezidentinə məlumat verilib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynayır.

Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub. Bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR