Sergey Şoyqu: "Qafqaz-2016” hərbi təlimləri Rusiya Silahlı Qüvvələrinin imkanlarını nümayiş etdirəcək"

Sergey Şoyqu: "Qafqaz-2016” hərbi təlimləri Rusiya Silahlı Qüvvələrinin imkanlarını nümayiş etdirəcək"
# 12 yanvar 2016 11:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Qafqaz-2016” strateji komanda-qərargah təlimləri Rusiyanın Cənub-Qərb istiqamətdəki maraqlarının müdafiəsi üçün Rusiya Silahlı Qüvvələrinin imkanlarını nümayiş etdirəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyət fonunda Rusiyanın imkanlarını qiymətləndirməsi çox vacibdir: “Qoşun və qüvvələr regionda artmaqda olan terror təhlükəsi ilə əlaqədar olaraq dağlıq ərazilərdə effektiv fəaliyyət və qarşılıqlı döyüş fəaliyyəti məsələləri üzərində işləməlidirlər”.

Nazir bu il üçün Rusiyanın tərəfdaş və müttəfiqləri ilə, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməkdaşlığı inkişaf etdirməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, “Qafqaz-2016” strateji komanda-qərargah təlimlərinin bu ilin sentyabr ayında Rusiya Cənub Hərbi Dairəsində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR