Astaraçay üzərində körpünün təməli qoyulub – YENİLƏNİB

Astaraçay üzərində körpünün təməli qoyulub – YENİLƏNİB
# 25 yanvar 2022 17:09 (UTC +04:00)

Bu gün Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

"APA-Economics"in məlumatına görə, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi, həmçinin Azərbaycan və İran nümayəndə heyətlərinin digər təmsilçilərinin iştirak ediblər.

Məlumata görə, daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.

***

Saat. 12:58

Bu gün Astaraçay üzərindən tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

"APA-Economics"in məlumatına görə, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi, həmçinin Azərbaycan və İran nümayəndə heyətlərinin digər təmsilçilərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR